» » Biləsuvarda 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu


Biləsuvarda 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu


17 iyul 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı Sərəncamla oktyabr ayının 1-i ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis etmişdir. Respublikamızda prokurorluq orqanlarının formalaşmasında da  xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin iradəsi ilə gerçəkləşən bu əlamətdar gün prokurorluq işçilərinə dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin əyani təzahürüdür.

Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir. Prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan vermişdir. 

Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar 1 oktyabr 2021-ci il tarixdə Biləsuvar  rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon Prokuroru Camal Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun işçiləri  Heydər Əliyev  parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülər.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara  bundan sonra da digər dövlət təşkilatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkarlardan qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yeni-yeni uğurlar arzuladı.

  Mənbə: ​Bilesuvar-ih.gov.az​​​

 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR