Dənizdə boğulan biləsuvarlı gənc hələ də axtarılır - Yenilənib » Yerli İnformasiya Agentliyi
» » Dənizdə boğulan biləsuvarlı gənc hələ də axtarılır - Yenilənib

Dənizdə boğulan biləsuvarlı gənc hələ də axtarılır - Yenilənib

Dünən axşam saatlarında Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

"Bilesuvarinfo"  xəbər verir ki, hadisə rayon ərazisində dənizdə olub.

Belə ki,  Biləsuvarın Əsgərabad kəndindən bir ailədən olan 4-5 nəfər çimərkən qəfil boğulma təhlükəsi ilə üz-üzə qalıblar. Kənd camaatı digərlərini sudan sağ çıxarsa da, Mahir Paşayevi çıxarmaq mümkün olmayıb.

Dənizdə boğulani 2000 təvəllüdlü  Paşayev Mahir Ramil oğlunun axtarışları davam etdirilir.

                     *  *   *   *
Lənkəranda dənizdə batan şəxsin meyiti tapılıb.
APA-nın cənub bürosunun xəbərinə görə, avqustun 27-də dənizdə batan, 2000-ci il təvəllüdlü Biləsuvar rayonunun Əsgərabad kənd sakini Mahir Rahim oğlu Paşayevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.







Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
torpaq