Oğlu ilə bərabər digər Vətən muharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirdi » Yerli İnformasiya Agentliyi
» » » Oğlu ilə bərabər digər Vətən muharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirdi

Oğlu ilə bərabər digər Vətən muharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirdi

Bu gün Vətən muharibəsi şəhidi İqbal İlqar oğlu Astanovun 24 yaşı tamam olur. Şəhidimizin doğum günündə  şəhidlərin Xatirə kompleksinin açılışı  olmuşdur.
 
"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar şəhərində, şəhid Astanlı İqbalın sakini olduğu 8 mart küçəsində Xatirə kompleksində Biləsuvarın 69 nəfər Vətən muharibəsinin xatirəsi əbədiləşdirilmişdir. Şəhid atası İlqar Astanovun təşəbbüsü və daxili imkanları hesabına ərsəyə gətirdiyi komleksdə İqballa yanaşı Vətən Müharibəsində şəhid olmuş digər 68 biləsuvarlı şəhidində fotoları və onlar haqqında məlumat yer alıb. 
 
Açılış tədbirində şəhidin doğmaları ilə yanaşı onun döyüş yoldaşları, şəhid valideynləri  və rayon içtimaiyyətinin çoxsaylı nümayəndələri iştirak etmişdir. Onlar kompleksin açılışından əvvəl şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
 
Mərasimdə dövlət  himnimiz səsləndirildikdən sonra çıxış edən qonaqlar şəhid İqbalın qısa və mənalı həyat yoluna nəzər salıblar. Biləsuvar Rayonu İcra Hakimiyyəti Başcısının birinci müavini Azər Cəfərli qeyd etmişdir ki, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun cəsur ərənlərinin qəhrəmanlıqları sayəsində bu gün biz dünya xalqları arasında başımızı dik tuta bilirik. Səfərbərlik və  Hərbi xidmətə  Çağırış üzrə Dövlət Xidməti Biləsuvar rayonu  şöbəsinin rəisi polkovnik Nağı Cəfərov çıxışında qəhrəmanlarımızın göstərdikləri sücayərlərdən söz açmış, onlar bizim şərəf, qürur mənbəyimizdir - demişdir. Tədbirdə həmçinin İqballa yanaşı  şəhid olan 4 dostunun valideynlərinin çıxışı dinlənilmişdir. 
 
Sonra şəhid valideynlərinin iştirakı ilə Xatirə kompleksinin açılışı olub, şəhid İ.Astanlının  ad günü münasibətilə səmaya 24 göyərçin buraxılıb və ad günü tortu kəsilib. 
 
Qeyd edək ki, Astanlı İqbal İlqar oğlu 1997-ci ilin bu günü Biləsuvar rayonunda anadan olub.  Biləsuvar şəhərində orta məktəbdə təhsil alan İqbal kiçik yaşlarından idmanla məşğul olmuş, respublikada keçirilən idman yarışlarında güləş üzrə dəfələrlə çempion olub. Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi.
 
Astanlı İqbal Biləsuvar rayonun savadlı, aktiv gənclərindən olub, Gənclər siyasətində fəal iştiraka və göstərdiyi xidmətlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi  və Azərbaycan Respublikası Güləş Federasiyası tərəfindən Fəxri Fərman və diplomlara layiq görülüb.
 
O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasının məzunu olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanan İqbal cəbhə bölgəsində “N” saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçib. Vətən müharbəsində Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatıları zamanı qəhrəmancasına şəhid olub.  Göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", “Suqovuşanın alınmasına görə” və “Şücayətə görə” medalı ilə təltif edilib. 
 
İqbal  müharibənin ilk günündən düşmənin qovulması əməliyyatlarında iştirak edib. İllərlə qürurumuzu ləkələyən işğal faktını öz əzmi ilə yox edən ordumuzun qalib əsgərinin torpağımızın hər qarışının azad edilməsi fonunda hansı hisslər keçirdiyini təsəvvür etmək çətindir. 
 
Xatirələrin işıq saçdığı bu ad günüdə İqbalın döyüş yolu bir daha xəyali olaraq anıldı.
 
Doğum günün mübarək qəhrəman!

            Surxay Şahbazov


VIDEO
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
torpaq