» » Biləsuvarlı sürücülərə şad xəbər


Biləsuvarlı sürücülərə şad xəbər


Biləsuvar-İran sərhəddi avtomobil yolunun Biləsuvar şəhər ərazisindən keçən hissəsində yola asfalt örtüyü qoyularkən kanalizasiya "lukları" nəzərə alınnamışdır.

Bir sözlə "qaş düzəldən yerdə vurb göz çıxartmışdılar". Asfalt örtüyü döşənildiyi zaman kanalızasiya qapaqlarının asvalt ortüyündən 15-30 sm dərində qalmışdır ki, buda sürücülər üçün real təhlükə mənbəyinə çevrilmişdir.

 Sözügedən yolun təmiri, "Azərsu"ASC tərəfindən həyata keçirilmişdir. Yaranan problemlə bağlı "arb" televiziyasında  çəkiliş yayımlanmışdır.

 "Bilesuvarinfo" 20 may 2021-ci il tarixdə bu problemi işıqlandıraraq yenidən gündəmə gətirmişdir. (link: http://bilesuvarinfo.az/340-qas-duelden-yerde-goz-cixardiblar-tehlukeli-kanalizasiya-lyuklari.html )

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qaldırılan narahatçılığa reaksiya verərək,  "Azərsu" ASC əməkdaşlarını icra hakimiyyətinə dəvət edərək, problemin aradan qaldırılması keçirilən iclasda müzakirə edilmişdir.

Bu gün yarım qalmış işlərin yekunlaşması istiqamətində işə başlanılması yerli informasiya agentliyi olaraq bizidə sevindirməyə bilməzdi. Bütün bu görülən işlərdə zəhməti keçən Biləsuvar Rayon İcra Hakimiyyəti rəhbərliyinə təşəkkür edirik.

Gözünüz aydın,  yolunuz rahat olsun sürücülər.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR