» » Biləsuvarda problem "istehsalı"


Biləsuvarda problem "istehsalı"



Ölkəmizin sosial-iqtisadi inlişafında prioritet sahələrdən sayılan aqrar sahənin inkişafına yönəli uğurlu dövlət siyasəti bu sahədə əsaslı yeniliklərə xidmət edib. Uğurlu aqrar islahatlarlar kursu: fermerlərə dövlət dəstəyinin artırılması, subsidiyaların, güzəştli kreditlərin verilməsi bu sahədə əlverişli inkişaf mühütini formalaşdırılıb. 

Ən sonda, torpaq mülkiyyətçiləri ilə işin səmərəli və şəffaf  təminatında mövcud çağırışlara cavab verən innovativ texnolagiyaların tədbiqi üçün yeni dövlət mexanizmi işə salınmışdır. Məhz görülən işlərin nəticəsidir ki, artıq Azərbaycanda kənd təsərrüfatı məhsularına olan təlabatın əsas hissəsi yerli istehsal hesabınadır, ixrac imkanları da genişlənib.

Son illər ölkəmizdə pambıqçılığın inkişafına xüsusi önəm verilməsi bu sahədə   nəzərəçarpacaq nailiyyətlərə xidmət etmişdir. Ötən ilin 19 dekabrında  Azərbaycan Respublikasının Prezidentinin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə Prezident cənab İlham Əliyev demişdir: “Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik.”

 Bu gün bu sahənin inkişafını əngəlləyən çətinliyin su ilə bağlı olmasıdır. Əslində, aidiyyəti qurumların əkin sahələrinin suvarma suyuna olan təlabatı zamanında təhlil edib, dövlət qarşısında məsələ qaldırmaq bacarıqsızlığı sözügedən ehtiyacı pik həddə gətirmişdir. Necə ki,... 1965-ci ildə Biləsuvarda istismara verilən 12 milyon   kub su tutumuna malik “Bolqarçay” su anbarının yenidən işlək vəziyətdə gətirməklə də, bir rayonun suvarma suyunda ehtiyacı əsazlı azaltmaq olardı...   

El ilə gələn bəla toy-bayramdır-deyirik. Qlobal su qıtlığı səbəbindən mənbəyi qonşu dövlətlərdə olan Araz və Kür çaylarının bizə  gəlib çatan suyun az olmasına təbii  qanunayğunluq demək olar. Bəs, cari təsərrüfat ilində suvarma suyunu düşünmədən, əkin sahələrinin yenə də artırılmasının fövqündə qarşıya çıxan ciddi çətinliklərə "qanunauyğuluq" demək olarmı? .

 Əslində, oxşar vəziyyət son illərə xatakterikdir. Yaz mövsümü tarlalarda min bir həvəslə əkinə başlanılır, suvarma suyuna təlabat artanda isə qonşu- qonşuya, qardaş-qardaşa belə güzəştə getmir. Pambıq əkən mülkiyyətçi Tahir kimi: “Bu il abrdan düşdüm,   qarşılıqlı hörmətimiz nə qədər insanla üz-göz oldum,  40 ilin hörmətini, bircə suya görə itirdik...” 

Hörmətlə bərabər  Tahirin ( ağır xəstəlik daşıyıcısıdır ) bu mösüm keçirdiyi stress sağlamlığını tam əlində alsa  dövlətə əmək qabiliyyətsiz daha bir vətəndaş da yük olacaq. Məsuliyyətsiz məmurun yaratdığı yük  dövlətin üzərinə düşərsə, pambıq əkininə görə 9000 manat borcunın taleyinə də şübhə yaranmazmı?. Əslində, onun canınını oda atmaqda məqsədi: “Turanbak”a olan 10000 dollarlıq problemli kreditini ödəmək olmuşdur.

Azərbaycan kəndlisi həqiqətən zəhmətsevərdir. Çörəyini torpaqdan çıxaran kəndli dövlətin yaratdığı şəraitə görə çox məmnundur, əkini üçün bütün ehtiyacaları təmin olunmuşdur. Yerlərdə aidiyyəti qurumların isə rentabelsiz əkini, “qolçomaq” məmurun haqqına sahib çıxması, bəzən onun aci sonluğuna gətirir. “Promxorun" komandası hansısa məmura görə “qabıqdan çıxır, növbə bizə çatarakən su yenidən kəsilirdi”- Ağaverdi( pambıq əkən mülkiyyətçi) deyir. Səbəbi isə çox sadə: mənbəyində suyun davamlı axmaması...

Nikolayın hər kvadrat metrini “10”luq  qızılla çəkdirərək, 1912-ci ildə istismara verdirdiyi “Mil-Muğan” kanalı indi Cəlilababadadək axır. Biləsuvarda kolxoz və sovxozların islahata getdiyi vaxtda suvarılan əkin torpaqları 39 min hektara yaxın olmuşdur. Hazırda isə isə bu   rəqəm 53376 hektardır. 15000 hektardək suvarılan əkinin artması və su ehtiyatının azalması bu il daha ciddi cətinliklər yaşatmışdır. 56 kub su tutumuna malik kanalda ən yaxşı halda 15 kub su olmuşdur. Əkinlərin suya təlabatının artığı yay aylarında su qıtlığı səbəbindən kanala  5-6 kubluq suyu axıtmaq mümkün olmuşdur. Mütəxəssislərin sözlərinə görə mövsüm ərəfəsində ehtiyac olan suyun 60-70 faizi kanallarda olmuşdur. Bu suyun 2 kuba qədəri isə “Azərsun   Kənd Təsərrüfatı Məhsulları İstehsalı ” MMC-nin  su limitidir. 

İnkişafa xidmət edən yeniliklərə alqışlanmalıdır. Lakin, əkin torpaqları artırılarkən, suvarma suyunun təlabatı ödəyəcəyini nəzərə alınmaması yekunda Biləsuvarda yeni problemin “istehsalına” gətirmişdir. Ən sonda 2000  hektar örüş sahəsinin təyinatı  dəyişdirilərək yeni aqroparklar salınır. Ancaq gəlin görək necə... Münbit əkin torpaqlarına axan suyun bir hissəsinin qarşısının kəsilməsi hesabınamı?. 

Bütüb bu plansızlıqlar, məntiqsiz qərarlar dövlətin kənd təsərrüfatının inkişafına xərclədiyi milyonların yetərli nəticə verməməsinə gətirir. Faktlara yenidən nəzər salırıq. Bu il yaz mövsümün ərəfəsinə Biləsuvarda 9000 hektar çivarında pambıq əkini aparılmışdır. Əkin prosesi nəzarətdə saxlanılmaqla, suvarma təminatı nəzərə alınmaqla tənzimlənməli idi. Demirik də buna əməl edilmədi, mövcud imkanlara rəğmən çalışılır. Lakin mövcud  əkinin   suya nisbətdə tərs mütanasib olması əksər mülkiyyətçilərin su istirabına səbəb olmuşdur. Hansı ki, mövsüm öncəsi proqnozlara əsasən su qıtlığı ilə bağlı həyəcan təbili çalınır da... . Biləsuvar rayon Suvarma Sistemləri idarəsi tərəfindən kənd icra nümayəndəliklərinə göndərilən məktublarda qeyd olunur: “Çaylada suyun səviyyəsinin azlığı, ehtiyat suyun olmaması ilə əlaqədar mülkiyyətçilərə təkrar əkin aparmamaları elan olunsun!”.

Bəs nəticədə necə olur?. 2000 sahədə təkrar əkin ( 1000 ha qrğıdalı, bir o qədər də pambıq və s.) aparılaraq suvarılmalı əkin sahələrinin 12000  hektara yaxın olması suvarma suyuna təlabat kəskin artır. Maraqlısı birdə budur ki, rayonda pambıq tədarükü ilə məşğul olan bəzi müəsisələrin “məhsuldarlıqda qələbə qazanmaq” sevdası  təkrar pambıq əkininin aparılmasına gətirmişdir. 

Mütəxəssislərin hesablamalarına görə, suvarma suyunda olan ləngimələrin məhsuladarlığa olan təsir 5-10 sentner civarındadır. Beləliklə, suvarma suyunun az olması əkin sahələrində məhsuldarlığa mənfi təsirsiz ötüşmür.

 Suvarma mövsümü yalnış tendesiya da höküm sürür: “ Su ancaq pambığa verilməlidir!. Doğurdanmı?. Məgər heyvandarlıq da kənd təsərrüfatının bir sahəsi deyilmi?. Ot bağlamasının bir ədədinin kəlləçarxa qalxması, məhz heyvandarlıq təsərrüfatlarında yem çatışmazlığına gətirib.

İndi, Biləsuvar rayonuna yenicə başcı təyin olunan Faiq müəllimin qəbuluna tələsən şikayətçilər arasında susuzluğun vurduğu yaraları sağalmayanlar çoxluq təşkil edir... Gənc femer Elcin 5 ha şəxsi yonca sahəsini suvara bilməməsi səbəbindən məhsulunu götürə bilməyib. Heyvandrlıq təsərrüfatı yemsiz qalıb. Hazırkı bazar qiymətləri ilə yemə pul xərcləsə  təsərrüfatı ziyanla işləyəcək,  götürdüyü 10000 manatlıq krediti ödəməkdə ciddi çətinliklə üzləşəcək.

Sağlıq olsun, görəsən qarşıdan gələn mövsümdə əkin sahələrinin suya olan təlabatı ödəniləcəkmi?. Arzu edək, payız-qış mövsümünün yağış-qardan bol olsun ki, çaylarda suyumuz tükənməsin. Növbəti mövsümə suyumuz olsun, Biləsuvarın “istehsal olunan” yeni problemi yeni başcısına əlavə yük olmasın .

   Surxay Şahbazov 
   Bilesuvarinfo.az
                                                                        
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR