» » Seminar-müşavirədə nələr danışıldı?


Seminar-müşavirədə nələr danışıldı?

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti  Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Biləsuvarda yanğın təhlükəsizliyi mövzusunda seminar-müşavirə təşkil edilmişdir.
 
“Bilesuvarinfo” xəbər verir ki, müşavirə  “Aqropark Yaşıl Ada” MMC-də açıq havada, “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda  keçirilmişdir. Seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin adı öncə çəkilən regional idarəsinin rəisi, daxili xidmət polkovniki Orxan Məmmədyaraov,  “Aqropark Yaşıl Ada” MMC – nin rəhbərliyi və mexanizatorları,  Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları,  rayon bələdiyyələrinin sədrləri, habelə fərdi təsərrüfat rəhbərləri iştirak etmişdir.
 
Tədbirdə yay mövsümündə ümumyanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması və emalı prosesində nəzərdə tutulan yanğın təhlükəsizliyi  qaydaları izah olunmuşdur. Kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, onlardan istifadə və qaydalarla bağlı digər tələblər təsərrüfat sahibləri və mexanizatorların  diqqətinə çatdırılıb.
 
Seminar-müşavirədə təbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

  
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR