» » 2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib  


2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib  

 
“Bilesuvarinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin möhtəşəm abidəsinin önünə tər çiçək dəstələri düzərək, onun əziz xatirəsini yad etdiər.


Biləsuvar rayon Polis şöbəsinin rəis, polis polkovniki Nəsib Məmmədov tədbiri açaraq polis əməkdaşlarını təbrik etdi və bildirdi ki, bu gün Azərbaycan polisinin yaradılmasından 103 il ötür. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında hiss edir.
 
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Faiq Qürbətov çıxış edərək bildirmişdir ki, bu gün cəmiyyət həyatının bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə  yerinə yetirən  polislərin bayramıdır. Bu münasibətilə bütün polisləri  təbrik edən natiq qeyd etmişdir ki, Azərbaycan polisinin fəaliyyəti səmərəli, dövlət və xalq üçün əhəmiyyətlidir.
 
Polis Veteranları  şurasının sədri Saroğlan Vahabov və digər çıxış edən natiqlər də poliş işçilərini peşə bayramı  münasibəti ilə təbrik etmiş, bir qrup polis işcisisinə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
 
Tədbirin sonunda Biləsuvar royon Polis şöbəsi üçün tikilmiş,  yeni köməkçi izibati binanın açılışı olmuşdur. Qonaqlar şöbənin ərazisində həyata keçirilmiş əsaslı təmir işləri,  yaradılmış yeni  şəraitlə də tanış olmuşlar.



 

 

 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR