Şəhid ailələri ziyarət olunub - Şəkillər » Yerli İnformasiya Agentliyi
» » Şəhid ailələri ziyarət olunub - Şəkillər

Şəhid ailələri ziyarət olunub - Şəkillər


Biləsuvarda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

"Bilesuvarinfo" xəbər verir ki, ziyarət Biləsuvar rayon İcra Hakimiyyətinin təşəbbüsü  və  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Əsgərə Xatirə” layihəsi komandası tərəfindən həyata keçirilib. Onlar tərəfindən Vətən müharibəsində şəhid olmuş 69 nəfər biləsuvarlı gəncin ailələri ziyarət olunub.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “Əsgərə Xatirə” layihəsinin rəhbəri Nuranə xanım Şıxəliyeva, “Həyat" fondunun icraçı direktoru Hacı Nuran Hüseynov, Azərbaycan Respublikasının əməkdar artisti Yusif Mustafayev, xeyriyyəçi- sahibkarlar Əli Hüseynov, Sadiq Fərəcov və rayon içtimaiyyətinin üzvləri iştirak edib.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov nəcib aksiyaya görə qonaqlara təşəkkür edərək onu da  bildirmişdir şəhid, veteran və qazi ailələrinin ziyarət olunması, onlara qayğı göstərilməsi çox böyük əhəmiyyətə malikdir. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur. Şəhidlər Vətəni necə sevməyin, torpağı necə qorumağın yolunu göstərən vətənpərvərlik rəmzidirlər. Bu, həm də gənc nəslə şəhidlərimizi unutdurmamaq üçün vacibdir. 

Çıxış edən qonaqlar  dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etməyi və şəhidlərimizin xatirəsini əziz tutmağı hər kəsin vətəndaşlıq borcu olduğunu bildirərək, bundan sonra da Vətən müharibəsi şəhidləri, qaziləri və iştirakçıları ilə mütəmadi görüşlər keçirəcəklərini, onları ziyarət edəcəklərini qeyd etdilər.

Layihə çərçivəsində qonaqlar Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun  və Vətən müharibəsi şəhidlərinin evlərində olaraq ailələrinə baş çəkib, onlara sovqatlar çatdırıblar.











Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq