Deputat Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Cavid Mahmudovun ailəsinə baş çəkib » Yerli İnformasiya Agentliyi
» » » Deputat Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Cavid Mahmudovun ailəsinə baş çəkib

Deputat Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Cavid Mahmudovun ailəsinə baş çəkib


"Bilesuvarinfo"  xəbər verir ki, Deputat Bəhruz Məhərrəmov Biləsuvar rayonunun Aşağı Cürəli kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Cavid Hilal oğlu Mahmudovun ailəsinə baş çəkib. Valideynləri ilə xeyli söhbət etdib, birlikdə Cavidi xatırlayıb, onun  31 illik ömrünə sığdırmağı bacardığı  böyük həyat və döyüş yolundan danışıblar. 

Deputat Bəhruz Məhərrəmov bildirib ki, Cavid haqqında xatirələri dinlədikcə, daha yaxından tanıdıqca onun bu dünyaya gəlişinin, missiyasının elə bu ali zirvəyə ucalmaq olduğunu başa düşürsən. Çox şərəfli bir həyat yolu keçən Cavid Mahmudov 2010cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirdikdən sonra Silahlı Qüvvələrimizin Daşkəsən, Tovuz, Göygöl və son yarım ildə isə Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissələrdə zabit kimi qüsursuz xidmət edib, tabur komandiri vəzifəsinədək yüksəlib. 2020-ci ilin oktyabrın 5-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlığa, həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Cavid Mahmudova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Unutmadıq, unutmarıq!



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq