» » “Özümüzü narkomaniyadan qoruyaq” adlı onlayn tədbir keçirildi


“Özümüzü narkomaniyadan qoruyaq” adlı onlayn tədbir keçirildi


Biləsuvar rayon Icra Hakimiyyətinin və  Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 iyun 2021-ci il tarixdə 26 iyun – Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə gününə həsr olunmuş “Özümüzü narkomaniyadan qoruyaq” adlı maarifləndirici tədbir keçirildi.

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsul işçisi Qurban Nuriyev, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Məhərrəm Qurbanov, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə nümayəndəsi Taleh Nuriyev, Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru Cabir Bəşirov iştirak və çıxış etdilər.

Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd etdi, bir çox beynəlxalq təşkilatların, eyni zamanda, ölkəmizdə bu bəlanın qarşının alınması istiqamətində mühüm işlər aparıldığını vurğuladı. İdarə rəisi bildirdi ki, 1987-ci ildə BMT-nin müvafiq qərarı ilə hər ilin iyun ayının 26-sı dünyada “Narkotiklə Mübarizə Günü” kimi qeyd olunur. Təsis edilən günün məqsədi insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə səsləməkdir. Ölkəmizdə də narkomaniya və narkobiznesə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir.

Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya və geniş anlamda narkotizmdir. Belə tədbirlərin keçirilməsində də əsas məqsəd bu istiqamətdə gənc nəsli maarifləndirməkdir. Tədbirdə gənclərə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi. Bildirildi ki, gənclər arasında bu cür maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcəkdir.





#SağlamGələcəkNaminə #NarkomaniyayaYoxDeyək! 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR