» » DİN zəncirlədiyi şəxsin videosunu çəkən mağaza sahibi ilə bağlı hərəkətə keçdi


DİN zəncirlədiyi şəxsin videosunu çəkən mağaza sahibi ilə bağlı hərəkətə keçdi


Sosial şəbəkələrdə Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etdiyi iddia olunan şəxsin mağaza sahibi tərəfindən zəncirlənməsi ilə bağlı görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülərdən aydın olur ki, mağaza sahibi bu üsulla "oğurluq edən" şəxsi cəzalandırmaq istəyir. Videoda mağaza sahibinin üzü görünməsə də, danışığı aydın eşidilir: “Mənim dükanıma niyə girmisən? Niyə oğurluq etmisən? İt kimi qalacaqsan burada”. Yayılmış görüntülərlə əlaqədar DİN Mətbuat Xidməti ilə əlaqə saxladıq.
Bildirildi ki, sosial şəbəkə seqmentlərində yayılan videogürüntülər araşdırılır.
“Hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmin şəxsin kimliyi müəyyən olunaraq, müvafiq polis orqanına dəvət olunub. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir”.
Gülnar Əliyeva
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR