Yeni peşə və ixtisasların yaranması peşə-ixtisas təhsilinin əhəmiyyətini daha da artırır » Yerli İnformasiya Agentliyi
» » Yeni peşə və ixtisasların yaranması peşə-ixtisas təhsilinin əhəmiyyətini daha da artırır

Yeni peşə və ixtisasların yaranması peşə-ixtisas təhsilinin əhəmiyyətini daha da artırır


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə milli təhsil- naziri Ziya Səlçukla görüşdə qeyd olunan vacib məsələlərdən  biri peşə təhsili ilə bağlı olmuşdur. 

Ümumilikdə götürsək respublikamızın təhsil islahatları konsepsiyasında bu iş də mühüm yer tutmuş, qəbul edilmiş dövlət  proqramları icra edilməkdədir.
 
“ Biləsuvarinfo. az” xəbər verir ki, bu haqda Biləsuvar şəhəri,  4 saylı tam orta məktəbin direktoru Elşən Ağazədə danışarkən demişdir:
 
- Son 16 ildə qazanılmış mühüm uğurlardan biri də peşə təhsilinin nüfuzunun yüksəldilməsidir. Ölkəmizin son illərdəki dinamik inkişafı, yeniləşən texnologiya və elmi-texniki tərəqqi prosesi nəticəsində yeni peşə və ixtisasların yaranması peşə-ixtisas təhsilinin əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” qəbul edilmişdi. Dövlət başçısının xüsusi diqqət və qayğısı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təsis edilməsi peşə təhsilinin inkişaf etdirilməsi və müasir dövrün standartlarına uyğunlaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

 "Peşə təhsili haqqında” qəbul olunmuş  qanunun mütərəqqi beynəlxalq təcrübə əsasında hazırlanmışdır. Bu istiqamətdə islahatların gələcək strategiyası dövlət başçısının təsdiq etdiyi peşə təhsilinin inkişafı üzrə Strateji Yol Xəritəsində müəyyənləşdirilmişdir.

 Peşə liseyləri ilə yanaşı Azərbaycan Respublikası Təhsil nazirliyinin həyata keçirdiyi layihələrdən biri ümumi təhsil məktəblərində tam orta təhsil səviyyəsi üzrə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasıdır. Layihə çərçivəsində ilkin peşə biliklərinə yiyələnmə ixtisaslaşmış kadrların hazırlanmasına zəmin yaradır.
Ali Baş Komandanın rəhbərliyi altında  müzəffər ordumuzun qazandığı tarixi qələbəmiz republikamızın bütün bölgələrində həyata keçiriləm müasir quruculuq işlərinin düşmən tərəfindən tamamilə dağıdılmış ərazilərdə həyata keçiriləcəyi şübhəsizdir.

Artıq işğaladan azad olunmuş ərazilərdə də quruculuq işlərinin hər ötən gün daha geniş vüsət alması qürurvericidir. İşğaldan azad olunmuş torpaqlarda peşə məktəblərinin yaradılmasına, həmçinin burada fəaliyyət göstərəcək ümumi təhsil məktəblərində peşə təmayüllü siniflərin formalaşmasına böyük ehtiyac vardır. 

Peşə təhsili ilə bağlı dövlət tərəfindən işlər davam etdirilir. Xüsusilə, azad edilmiş torpaqlarda və bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. İşğaldan azad edilmiş torpaqların potensial imkanları nəzərə alınaraq, infrastruktrun və iqtisadiyyatın inkişaf etdirilməsi ilə peşə təhsilli kadrların hazırlanması bölgə üçün ən vacib məsələlərdəndir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq