» » Biləsuvarda faraş tərəvəz əkininə maraq artıb VİDEO


Biləsuvarda faraş tərəvəz əkininə maraq artıb VİDEO


    Bölgələrdə kənd əməkçiləri faraş tərəvəzçiliyə böyük maraq göstərirlər. Kəndlərdə yaşayan mülkiyyətçilər hətta öz şəxsi həyətlərində kiçik istixanalar yaratmaqla, pomidor və xiyar yetişdirilməsinə üstünlük verirlər. Belə kiçik təsərrüfat sahibləri Biləsuvarda da artmaqdadır.

    "bilesuvarinfo.az" AZƏRTAC - a istinadən xəbər verir ki, Biləsuvarın Səmədabad kəndində yaşayan Natiq Həsənov bu ildən sınaq üçün kiçik istixana şəraitində hibrid sortlar olan “Akentos” pomidor və “Pikalena” adlanan xiyar bitkisini becərməyə başlayıb. Yerli şəraitdə xüsusi qablarda yetişdirilən pomidor şitilləri yanvar ayından, xiyar isə mart ayından torpağa köçürülüb.

    Natiq Həsənov deyir ki, əkilən tərəvəzlərin inkişafı üçün təbii gübrələrdən istifadə olunub: “Gördüyünüz kimi yanvar ayının sonu əkdiyim pomidor şitilləridir. İnkişafı da normaldır. Təbii gübrələrdən istifadə edərək böyütmüşük. İnşallah bol məhsul götürərəm”.

     Yaxşı məhsuldarlıq əldə olunması üçün bitkiyə lazım olan su damcılama sistemi ilə verilir. İstixana şəraitində becərilən pomidor əkildikdən 80-100 gün sonra yetişməyə başlayır. Düzgün aqrotexniki qulluq olunarsa, bol məhsul əldə ediləcəyi gözlənilir.

     İstixanaya qulluq edən kənd təsərrüfatı üzrə mütəxəssis İlham Ağayev bildirib ki, belə istixanaların yaradılmasında əsas məqsəd kiçik həyətyani sahələrdə məhsul yetişdirməkdir. “Hazırda olduğumuz bu istixananın ümumi sahəsi 3 sotdur. Burada 1200 şitil əkilib. 1200 şitildən 7 ton məhsul götürməyi nəzərdə tutmuşuq. Bu, həm bizim qazancımız deməkdir, həm də insanların təbii yetişən məhsulla təminatına kömək etməkdir. Hazırda becərmə işləri qaydasında gedir. Suvarma burada damlama üsulu ilə aparılır. Gələcəkdə bu sahəni genişləndirmək istəyirik”.
Qeyd edək ki, rayonda bu cür kiçik istixanalarda faraş tərəvəz yetişdirən mülkiyyətçilərin sayı onlarladı. Açıq sahədə pomidor əkini isə ötən il 700 hektardan çox ərazini əhatə edib.

     Biləsuvar, 8 aprel, İsmayıl Cəfərli, AZƏRTAC






VİDEO

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR