» » » Şəhid Xanalıyev Ziyəddin Ariz oğlu


Şəhid Xanalıyev Ziyəddin Ariz oğlu


Şəhid Xanalıyev Ziyəddin Ariz oğlu 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur .

2018-2019-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. Xanalıyev Ziyəddin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Şuşa istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Z.Xanalıyev 19 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Ağalıkənd kənd məzarıstanlığında dəfn olunmuşdur. Şəhidimiz subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Xanalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Xanalıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR