» » Deputat Bəhruz Məhərəmov N.Gəncəvi adına 1 saylı tam orta məktəbdə olub.


Deputat Bəhruz Məhərəmov N.Gəncəvi adına 1 saylı tam orta məktəbdə olub.

     "Bilesuvar.İnfo" xəbər verirki Deputat məktəb kollektivi ilə görüşdə bildirib ki, Biləsuvarda təmirə və yenidən tikintisinə ehtiyac olan məktəblərdən daima danışırıq və təbii ki, məsələlərin üzərinə getməyə davam edəcəyik. Amma unutmayaq ki, eyni zamanda hətta, paytaxtın ən müasir məktəblərinin infrastrukturu ilə müqayisə oluna biləcək məktəblərimiz də var.

     Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı tam orta məktəbi ilk dəfə 1928-ci ildə dəfə tikilib. 91 il sonra, 2019-cu ildə cənab Prezidentin sərcanımına əsasən, məktəb üçün 1176 yerlik yeni bina inşa edilib. Təcrübəli müəllim, dəyərli ziyalı, partiya fəalı və ən əsası Vətən müharibəsinin qalib zabitinin anası Xanımgül Abıyevanın rəhbərlik etdiyi təhsil ocağı bütün infrastrukturla tam təhciz edilib. Bu mənada "Nargis" fondunun dəstəyi ilə qurulmuş E-Tədris Mərkəzini, hərbi kabineti, kitabxana və laboratoriyanı xüsusi qeyd etmək istəyərdim.
Məktəbdə həmçinin İcma Əsaslı Məktəbəqədər Uşaq Təhsil Mərkəzi də uğurla fəaliyyət göstərir. 

    Hazırda gözləniləndən də artıq, 1264 şagird təhsil alsa da, rayonda məktəbə axın davam edir. Hesab edirəm ki, yaxın zamanlarda 6 saylı məktəbin də ən müasir standartlara cavab verəcək formada tikilərək istifadəyə verilməsindən sonra rayon üçün faydalı olacaq ciddi və sağlam rəqabət mühiti güclənəcək.






Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR