Şəhid Xəlilzadə Əmrah İnqilab oğlu » Yerli İnformasiya Agentliyi
» » » Şəhid Xəlilzadə Əmrah İnqilab oğlu

Şəhid Xəlilzadə Əmrah İnqilab oğlu

     Əmrah Xəlilzadə 1997-ci il avqustun 1-dəBiləsuvar şəhərində anadan olub. 2005-2016-cı illərdə N. Nərimanov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. Əmrah Xəlilzadə 2016-cı ildə Biləsuvar Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Əvvəlcə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, sonra isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.

     2018-ci ilin aprelində hərbi xidmətini başa vurduğdan sonra bir müddət ofisiant olaraq çalışıb. 2020-ci ildən isə Azərbaycan Silahlı QüvvələrininAğcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu olaraq xidmət edirdi.

    Azərbaycan Ordusunun əsgəri olan Əmrah Xəlilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmrah Xəlilzadə oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Noyabrın 29-da Biləsuvar şəhərində dəfn olunub.

   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentiİlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Xəlilzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

    AzərbaycanınFüzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Xəlilzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
AzərbaycanınXocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Xəlilzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

torpaq