» » Xırmandalı kəndində bu şəhid ailələri ziyarət olundu


Xırmandalı kəndində bu şəhid ailələri ziyarət olundu

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Xırmandalı kəndində, Birinci Qarabağ Müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar RİHB-nin məsul əməkdaşları və kənd rəsmilərinin də iştirak etdiyi görüşlərdə şəhid valideynləri və yaxınlarının vəziyyəti və qayğıları öyrənilib.

Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərindəki şanlı qələbəsi ölkəmizin tarixinə qızıl hərflərlə əbədi olaraq yazıldı.Ərazi bütövlüyümüzün bərpası, doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən Birinci və İkinci Qarabağ döyüşlərində canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.
Şəhid valideynləri, yaxınları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, birinci Qarabağ müharibəsində  Xırmandalı kəndinin 13 qəhrəman oğlu canlarını fəda edib. Onlar Süleymanov Sərvər Xıdır oğlu, Məhərrəmov Ceyhun Məhərrəm oğlu, Abbasov Müşviq Allahverdi oğlu, Qasımov Ayaz Hidayət oğlu, Qurbanov Bəhruz Kərəmət oğlu, Zeynalov Niyaməddin Məmmədqulu oğlu, Hacıyev Mehman Abasət oğlu, Yusubov Altay Əlibala oğlu, Məmmədov Mehman Xıdır oğlu, Əliyev Fuad İmanxan oğlu, Ağayev Fikrət Səftər oğlu, Muradov Fərhad Əbülfət oğlu və Rzayev Vurğun Səxavət oğludur.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR