» » Mədəniyyət və incəsənət sektoru pandemiyadan ən çox təsirlənən sahələrdəndir - Deputat Bəhruz Məhərrəmov


Mədəniyyət və incəsənət sektoru pandemiyadan ən çox təsirlənən sahələrdəndir - Deputat Bəhruz Məhərrəmov

     Mədəniyyət və incəsənət sektoru pandemiyadan ən çox təsirlənən sahələrdəndir. Xüsusən, son bir il müsiqiçilər üçün sosial cəhətən məşəqqətli bir dövr olub. Bu mənada onları dinləmək,  yuxarı strukturlar qarşısında qaldırmaq üçün onların qarşılaşdıqları problemləri ümumiləşdirmək məqsədi ilə bu gün Biləsuvar rayonunda mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən vətəndaşlarımızla videokonfrans formatında görüşümüz baş tutdu. Əvvəlcədən planlaşdırsaq da, çox təssüf ki, digər bir rəsmi görüşlə əlaqədar Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva üzrlü səbəbdən tədbirimizə qoşula bilmədi. 

    Əhəmiyyətli məsələlər ətrafında səmərəli müzakirəmiz oldu. Biləsuvar rayon Mədəniyyət mərkəzi, Biləsuvar rayon Tarix-diyarşunaslıq muzeyi, Biləsuvar şəhər Uşaq İncəsənət məktəbi, habelə, Əskərabad kənd mədəniyyət evinin binalarının əsaslı təmirə ehtiyacı olduğu bildirildi, həmçinin, mədəniyyət və incəsənət sahəsində perspektiv layihələr barədə danışdıq. Qeyd etdim ki, ən qısa müddətdə bu problemlərlə bağlı Hökumət strukturları ilə müzakirələrə başlayacağam. Görüş mənim təşəbbüsümlə baş tutsa da texniki və təşkilati dəstək Biləsuvar Regional Mədəniyyət idarəsindən gəldiyi üçün qurumun rəhbərliyinə və əməkdaşlarına xüsusi təşəkkür edirəm.

     Bəhruz Məhərrəmov
     Milli Məclisin Deputatı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR