» » Şəmkirdə Biləsuvar sakini oğurluq edib, saxlanıldı


Şəmkirdə Biləsuvar sakini oğurluq edib, saxlanıldı

Şəmkir rayonunda 2 mağaza və 1 ofisdən oğurluq edilib, saxlanılan var.

"Bilesuvarinfo"nun
məlumatına görə, müxtəlif vaxtlarda rayon ərazisindəki mağazaların birindən 1 190 manat pul, 5 ədəd mobil telefon, noutbuk və məişət əşyaları, digər mağazadan noutbuk, tütün məmulatı, bir ofisdən isə noutbuk oğurlanıb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Biləsuvar rayon sakini M.Rəhimov saxlanılıb.

Qeyd edək ki, M.Rəhimov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan