» » Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcək.


Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcək.

      Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın tacı olan Qarabağda şanlı tarix yazdı.44 günlük Vətən müharibəsini zəfərlə  başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu.İşğal olunmuş ərazilərim azad olduqca  gördüyümüz məznəzrələr təkcə bizi deyil,bütün dünyanı dəhşətə gətirdi. 30 il ərzində erməni terrorçuları işğal etdikləri Qarabağ və ətraf rayonlarımızda maddi-mədəni abidələrimizi,şəhər, kənd və qəsəbələrimizi viran qoyublar,tarixi abidələrimizi dağıdıblar, təbii sərvətlərimizi talan ediblər.

     Bütün dünya işğaldan azad olunmuş ərazilərimizdə faşist erməni vəhşiliyinin və vandallığının şahidi oldu.Təbii ki,talan edilmiş və dağıdılmış tarixi yurdumuzun hamısı tam qiymətləndiriləcək və vəhşi ermənilərin Azərbaycan  dövlətinə vurmuş olduğu ziyan hesablanacaq və bundan sonra beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat davası açılacaqdır. Bütün bu vəhşiliyə və talana baxmayaraq Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizi yenidən bərpa etmək əzmindədir,bunun üçün ölkəmizin kifayət qədər iqtisadi potensialı var.Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ illər öncədən qarşıya qoyduğu,müəyyən etdiyi vəzifələrdən biri işğaldan azad edildikdən sonra rayon və şəhərlərimizin yenidən qurulması,“Böyük Qayıdış” proqramının həyata keçirilməsi idi.

     Cocuq Mərcanlı kəndinin yenidən qurulması “Böyük Qayıdış”ın ilk addımı idi.Bu gün isə 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövliyini bərpa edən Azərbaycan artıq azad olunmuş torpaqlarında bərpa işlərinə başlayıb.İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir.İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də nəzərdə tutulub.Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti İlham Əiyevin 04 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanaqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi,bütün sahələrdə abadlıq və quruculuq işlərinin aparılması ,habelə təhlükəsiz yaşayışın,səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Çünki yol inkişaf deməkdir və Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır. Yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.

     Tərtər rayonunun Suqovuşan və Talış,Füzuli- Şuşa,Toğanalı-Kəlbəcər  istiqamətdə yeni avtomobil yollarının  çəkilişi istiqamətində artıq işlər aparılır.Bundan əlavə İşğaldan azad edilmiş ərazilərdə iki beynəlxalq hava limanı da inşa edilməsi nəzərdə tutulmuşdur ki,onlardan birinin - Füzuli hava limanının təməli yanvarın 14-də qoyulub.Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı isə Kəlbəcər və ya Laçın rayonlarının birinin ərazisində inşa ediləcəkdir.Bunlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ və ətraf rayonlarının inkişafı üçün çox önəmli bir layihədir.Hava limanının inşasında məqsəd yerli və xarici qonaqların füsunkar və bənzərsiz bölgələrimizə gəlişini təmin etməkdir. Qarabağ çox zəngin təbii ehtiyatlara malikdir.İnanırıq ki,bu regionun iqtisadiyyatının bərpası və yenidən qurulması Azərbaycan iqtisadiyyatının böyüməsinə və güclənməsinə təkan verəcəkdir.

      Ramil Hüseyn 
      Biləsuvar şəhər sakini 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR