
Biləsuvar rayonununda qətl hadisəsi baş verib.
"Bilesuvarinfo" xəbər verir ki hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.
Belə ki, 44 yaşlı Şölət Rüstəmli kənd ərazisində münaqişə zəminində kəsici alətlə qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, yeniyetmənin qətlə yetirdiyi şəxsin bibisinin yeznəsi olduğu deyilir. O Rusiyada çalışırmış, yaxın vaxtlarda ailəsinin yanına gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.