
2025-2026-cı tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 74 məzun 600 baldan yuxarı nəticə göstərib.
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq regional idarədən bildirilib.
Qeyd olunub ki, 600 baldan yuxarı nəticə göstərən məzunların 12-si Biləsuvar, 4-ü Hacıqabul, 14-ü Neftçala, 19-u Salyan rayonlarının, 25-i isə Şirvan şəhərinin payına düşür.
Region üzrə ən yüksək nəticəni Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu
Xədicəyi-Kübra Ağazadə göstərib. O, buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 685 bal toplayıb.