Geri qayıt Çap et

Biləsuvardan 5 məktəbli "Əlaçı" televiziya mərhələsinin final mərhələsində iştirak etmək hüququ qazanıb

"Əlaçı" televiziya müsabiqəsinin seçim turunun nəticələri elan edilib.

"Bilesuvarinfo" xəbər verir ki, respublika üzrə cəmi 144 məktəbli "Əlaçı" televiziya mərhələsinin final mərhələsində iştirak etmək hüququ qazanıb. 

Finala vəsiqə qazanan şagirdlərdən 31 nəfəri  Şirvan-Salyan Regional Təhsil İdarəsini təmsil edəcək. Onlardan 5 məktəbli Biləsuvar rayonunu təmsil edir.
Qazanılmış bu uğur münasibətilə şagirdlərimizi, onların müəllimlərini və valideynlərini təbrik edir, final mərhələsində  uğurlar arzu edirik.