Geri qayıt Çap et

Biləsuvarda məktəbli formalarını bu ünvanlardan almaq olar


Bildiyimiz kimi Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

"Bilesuvarinfo
" xəbər verir ki, Bakı Tikiş Fabriki Biləsuvarda da artıq məktəbli formasının satışını təşkil edib. 

Formaları Avtovağzalın həyətində və Bazarstorenin qarşısında olan obyektlərdən almaq mümkündür.