Geri qayıt Çap et

Ərazi partiya təşkilat sədrləri səhətləri ilə əlaqədar ziyarət olunub

Noyabr ayının 21-də YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı təşkilatın Nəsimi kənd ərazi partiya təşkilat sədri Nadir Əliyevi və Aranlı kənd ərazi partiya təşkilat sədri Ramiz Əliyevi səhətlərində yaranmış ciddi problemlə əlaqədar onları evlərində ziyarət edib. 
Təşkilat sədri onların səhətləri ilə maraqlanmış, tezliklə sağalaraq öz fəaliyyətlərini davam etdirməklərini arzulamışdır. Onları Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü münasibətilə təbrik edərək tezliklə partiya sıralarında da öz nümunəvi fəaliyyətlərini bərpa edəcəklərinə əmin olduğunu bildirmişdir. Səmimi şəraitdə keçən görüş zamanı Ərazi partiya təşkilat sədrləri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.