Geri qayıt Çap et

Ermənistan möhürlərdən Ağrıdağı SİLDİ – FOTO

Ermənistan hökuməti giriş-çıxış pasport möhürlərinin dizaynında dəyişiklik edib.

"BİLESUVARİNFO.AZ" Musavat.com -a istinadən xəbər verir ki, 2025-ci il 1 noyabrdan etibarən möhürlərdə Ağrıdağ dağının təsviri əks olunmayacaq.

Müvafiq qərar Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Beləliklə, onilliklər ərzində sərhəd möhürlərinin simvolu olmuş Ağrıdağ ölkəyə daxil olan və ya ölkədən çıxan səyahətçilərin pasportlarına vurulan möhürlərdən silinmiş olacaq.

​"BİLESUVARİNFO.AZ"​​​