Geri qayıt Çap et

Biləsuvarda qızılcaya yoluxan varmı? - ARAŞDIRMA

Son günlər ölkə ərazisində qızılca virusuna yoluxma hallarında artım müşahidə olunur. 

"Bilesuvarinfo"
Biləsuvar rayonunda neçə nəfərin bu xəstəliyə yoluxması barədə araşdırma aparıb. 

Sorğumuza Biləsuvar rayon Gigiyena və epidemiologiya mərkəzindən cavab olaraq bildirildi ki, son iki ayda rayon ərazisində bu virusa yoluxma halı aşkar olunmayıb. 

Qeyd edək ki, bir aydan çoxdur ki, Azərbaycanda qızılca virusu yayılmağa başlayıb. Zaqatala və Kürdəmirdə yayılan qızılca digər rayonlara və uşaqlardan böyüklərə keçib.