Bu il ərzində Biləsuvar rayonunda ilansancma, itdişləmə və zəhərlənmə ilə bağlı müraciətlərin sayı açıqlanıb.Rayonun səhiyyə müəssisəsindən
"Bilesuvarinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, cari il ərzində 272 nəfər itdişləmə, 3 nəfər ilan sancma və 17 nəfər isə zəhərlənmə ilə bağlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına üz tutub.
Müraciət edənlər arasında ölüm faktı qeydə alınmayıb.