Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdirinin adı məlum olub.
"Biləsuvarinfo" xəbər verir ki, bu gün
Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbər vəzifəsinə təyinat olub.
Bununla bağlı
Təhsil naziri əmr imzalayıb.
Əmrə əsasən bu vəzifəyə
Mənsimli Sənan Famil oğlu təyinat alıb.
S. Mənsimli bu təyinata qədər
Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi olub.
Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında yaradılıb. İdarə
Salyan rayonunda yerləşir.
Qeyd edək ki,
S.Mənsimli 1987-ci ildə
Biləsuvar şəhərində doğulub.