Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun vəzifəyə təyin olunmasından 6 il ötür.
Faiq Akif oğlu Qürbətov 24 avqust 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Faiq Qürbətov 19 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub. 1980-1990-cı illərdə Bakı şəhərindəki 132 saylı orta məktəbdə təhsil alıb. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi-tarix müəllimi ixtisası üzrə ali təhsil alıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. 2002-ci ildə Ümumdünya Turizm Təşkilatının dövlət turizm qurumlarının əməkdaşları üçün təşkil etdiyi tədris kursunu bitirib.
Fotoda: Faiq QürbətovO, 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.
Faiq Qürbətov əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini kimi başlayıb. Sonrakı illərdə Gənclər, İdman və Turizm Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2001-2007-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizmin İnkişafı sektorunun müdiri olub.
2007-2012-ci illərdə BMT-nin İnkişaf Proqramı çərçivəsində həyata keçirilən layihədə direktor vəzifəsində çalışan Qürbətov 2011-2012-ci illərdə Turizm İnstitutunda müəllim kimi fəaliyyət göstərib. 2012-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri olub.
2018-ci ildən 24 avqust 2020-ci ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin mərkəzi aparatının rəhbəri vəzifəsində çalışıb.
Faiq Qürbətov əmək fəaliyyəti dövründə bir sıra beynəlxalq tədbirlərdə iştirak edib. O, Azərbaycan, rus, ingilis, türk, ərəb və italyan dillərini bilir.
Alıntı:
"METBUAT.AZ"