Geri qayıt Çap et

Biləsuvarda təhsil kompleksi Çinlə təhsil körpüsü qurur – Konfutsi İnstitutunun filialı yaradılır

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi Mərkəzinin rəhbəri Li Jihuanı qəbul edib.


"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Faiq Qürbətov, Konfutsi Mərkəzinin rəhbəri Li Jihua və Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov iştirak ediblər.

Görüşdə Azərbaycan–Çin təhsil və mədəni əməkdaşlığının genişləndirilməsi istiqamətində növbəti mühüm addımın atıldığı qeyd olunub. Bildirilib ki, Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində yaradılacaq.

Vurğulanıb ki, filialın fəaliyyəti bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagird və gənclərin Çin dili və mədəniyyətinə marağının artırılmasına, həmçinin beynəlxalq təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcək.

Qeyd olunub ki, filial çərçivəsində Çin dilinin tədrisi, mədəniyyət proqramlarının həyata keçirilməsi, müəllim və şagird mübadiləsi, eləcə də müxtəlif elmi-mədəni tədbirlərin təşkili nəzərdə tutulur.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.