Geri qayıt Çap et

“Biləsuvar Kung Fu” idman klubunun yetirmələri çempionatda uğurlu nəticə qazandı

Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung Fu Federasiyasının Azərbaycan Çempionatı və Birinciliyi keçirilib. 

":Biləsuvarinfo" xəbər verir ki, yarışda Biləsuvarı təmsil edən idmançılar yüksək nəticələrlə yadda qalıblar. Klubun yeniyetmə idmançıları çempionatda əzmkarlıq nümayiş etdirərək 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. 

Medal qazanan idmançıların nəticələri belədir: 
Abasova Aydan – 1-ci yer (qızıl medal) 
Abasov Sadiq – 2-ci yer (gümüş medal) 
Məmmədzadə Eltun – 2-ci yer (gümüş medal) 
Məmmədli Rəsul – 3-cü yer (bürünc medal) 
Şahbazlı Səlim – 3-cü yer (bürünc medal)

Qeyd edək ki, yeni yaradılan Biləsuvar Kung Fu İdman Klubu cəmi birillik təlim-məşq prosesindən sonra ilk dəfə olaraq bu il yarışlarda iştirak edib. Klubun təsisçisi – həmyerlimiz, beşqat dünya çempionu Ehram Məcidov, prezidenti Ramin Əsgərov, baş məşqçisi isə Tərlan Mirzəyevdir.