Geri qayıt Çap et

AMEA-nın 80 illik yubileyi


Azərbaycan elmi tarix boyu bəşəriyyətin inkişafına mühüm töhfələr verib.

Ölkəmiz dünya elminə görkəmli alimlər bəxş edərək elmi nailiyyətlər sahəsində seçilmiş məmləkət kimi diqqət çəkmişdir. Akademiklər Yusif Məmmədəliyev, Əziz Əliyev və Zərifə Əliyeva, digər alimlərimiz kimi görkəmli şəxsiyyətlərin elmi irsi, xüsusilə kimya, tibbdə oftalmologiya və digər sahələrdə hələ də aktual tədqiqatların əsasını təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyası isə milli elmin mərkəzi kimi ölkənin elmi infrastrukturu və araşdırma fəaliyyətində strateji rol oynayır.Akademiyanın 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin iştirakı, AMEA-nın elmi nailiyyətlərinin yüksək qiymətləndirilməsi və gələcək tədqiqatların inkişaf perspektivlərinə dair əhəmiyyətli tövsiyələri elmimizin daha da inkişaf etdirilməsi üçün məsuliyyət və strateji yanaşmanın vacibliyini bir daha ortaya qoydu. Azərbaycan Milli Elmlər Akademiyası 80 illik fəaliyyəti ərzində ölkəmizin elmi, texnoloji və iqtisadi potensialının inkişafında mühüm rol oynayıb. Akademiyanın yaranmasından etibarən dövlət elmin inkişafını prioritet sahə kimi dəstəkləyib. Sovet dövründə gənclərin ali məktəblərə göndərilməsi, yeni elmi institutların yaradılması və araşdırmaların maliyyələşdirilməsi ölkənin intellektual potensialını gücləndirib və elmin müxtəlif sahələrdə inkişafına zəmin yaratmışdır. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında dünyaya mühüm əhəmiyyətli mesajlar verildi. Bu gün Azərbaycan dünyanın qüdrətli dövlətləri sırasına daxil olmaqdadır. Hətta bir çox ölkəyə hərbi təyinatlı məhsul ixrac edirik. Ölkəmizdə pilotsuz uçuş aparatlarının istehsalına başlanılması növbəti uğurlarımızdandir. Artıq bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Bu məhsullar həm xarici bazarlardan tədarük edilir, həm də ölkəmizdə də bir çox növdən ibarət pilotsuz uçuş aparatları istehsal olunur. Prosesin davam etdiriləcəyi qərara alınıb. Çünki müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Dövlətimizin başçısı AMEA-nın 80 illik yubileyindəki çıxışında da vurğuladı ki, digər sahələrdə olduğu kimi, bu istiqamətdə də, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır. Prezident İlham Əliyevin nitqindəki bəzi məqamlara diqqəti yönəldərək deyib ki, dövlətimizin başçısı akademiyanın 80 il ərzində böyük yol keçdiyini bildirdi. Qeyd etdi ki, akademiya ötən illər ərzində Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində ölkənin ictimai-siyasi həyatında müxtəlif hadisələr baş versə də, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirib. Bu istiqamətdə çox böyük işlər görülüb. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə akademiyanın fəaliyyəti daha da təkmilləşdirildi, yeni elmi-tədqiqat institutları yaradıldı, elmin inkişafına böyük vəsait ayrıldı. Ümummilli Lider hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmiş və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasət müstəqillik illərində də aparıldı. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdır və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir.

Məhərrəm Qurbanov, Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı