
Azərbaycan və Qazaxıstan arasında münasibətlər tarixə, mədəniyyətə, mənəvi dəyərlərə və ortaq kimliyə əsaslanan dərin təməllər üzərində qurulmuşdur. Bu gün isə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, iki ölkənin həm regional, həm də beynəlxalq arenada əməkdaşlığına mühüm töhfələr verir.Tarix boyu ortaq türk köklərinə və sivilizasiya irsinə sahib olan Azərbaycan və Qazaxıstan xalqları dostluq, qardaşlıq və qarşılıqlı dəstək prinsipləri ilə hərəkət etmişlər. Bu yaxınlıq xüsusilə Mərkəzi və Orta Asiyada türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşməsində əhəmiyyətli rol oynayır.
İkitərəfli münasibətlərin son illərdə yüksələn xətlə inkişafı, dövlət başçılarının – Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin təşəbbüsləri ilə daha da möhkəmlənmişdir. Qarşılıqlı rəsmi səfərlər, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr bu əməkdaşlığın səmərəli və davamlı xarakter daşıdığını göstərir.
Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində fəal iştirakı, iki ölkə arasında dostluğun və qarşılıqlı dəstəyin parlaq nümunəsidir. Bu həm də regional sülhə və sabitliyə töhfə verir.
Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləyir, ortaq maraqlar naminə sıx koordinasiyalı fəaliyyət göstərirlər. Bu isə ikitərəfli siyasi etimadın və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu sübut edir.
Bu gün Azərbaycan və Qazaxıstan təkcə öz aralarındakı münasibətləri deyil, ümumilikdə Türk Dünyasının birliyi, inkişafı və qlobal mövqeyinin möhkəmlənməsi üçün də birgə təşəbbüslərlə çıxış edir. Ortaq layihələr və platformalar üzərindən regionun gələcəyinə yön verən bu əməkdaşlıq modeli, gələcək nəsillərə ötürüləcək mühüm bir mirasdır.
Cavid Əliyev,
Biləsuvar Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı