Geri qayıt Çap et

Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsidir

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi başlayıb.

Bu haqda Şirvan – Salyan Regional Təhsil İdarəsindən “Bilesuvarinfo”ya açıqlamada bildirilmişdir ki, namizədlər 22 iyul saat 11: 00 - dan 25 iyul saat 11: 00 - dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Qeyd olunmuşdur ki, namizədlər göstərilən tarixlərdə vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməni unutmamalıdır.