Qazilər Heydər Əliyev Sarayında nümayiş olunan tamaşaya göndərilib
Biləsuvardan bir qrup Vətən Müharibəsi qazisi Bakı şəhərində olub.
"Bilesuvarinfo" xəbər verir ki, səfərdən öncə qazilər Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov və rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədovla görüşüb. Görüşdə rayon rəhbərliyi qazilərin səhətti və qayğıları ilə maraqlanıb, səfər zamanı onlara xoş istirahətlər arzulayıb.
Qeyd edək ki, bir günlük nəzərdə tutulmuş səfər zamanı qazilər Heydər Əliyev Sarayında "Bu Şəhərdə" komandası tərəfindən nümayiş olunan tamaşaya baxıb.