Biləsuvar rayon Mədəniyyət Evində Zəfər Gününə həsr olunan tamaşa nümayiş olunub.
Tamaşadan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov çıxış edərək tarixi zəfərimizin hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğuladı və Zəfər Günü ərəfəsində teatrın Biləsuvar rayonunda nümayiş olunmasında rolu olan hər kəsə təşəkkür etdi.








