
Biləsuvar rayonu, Nərimankənd kəndində Şəhid anası Rəfiqə Əliyeva övladı Gizir Şəhid Pərvin Əliyevin şəhid olduğu gündə vəfat etdi.
Məlumat üçün qeyd edək ki,
Azərbaycan Ordusunun giziri olmuş şəhid Əliyev Pərvin Səlahəddin oğlu 15 mart 1981-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 1987-1998-ci illərdə Nərimankənd kənd tam orta məktəbində təhsil almış və 1999-2000-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrdə gizir rütbəsində xidmətini davam etdirmişdir. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Avqustun 2-si doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salınmışdır. Şəhid Pərvin Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Adı əbədiləşdirilərək Biləsuvar şəhərinin mərkəzi küçələrindən birinə verilmişdir.
Kollektiv adından Şəhid anası Rəfiqə müəlliməyə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına baş sağlığı veririk.
