Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür.
Ermənilər Azərbaycan hərbçisinin göstərdiyi bu igidlik qarşısında ağır itkilər verib. Bir neçə saat davam edən döyüşə düşmən əlavə qüvvə cəlb edib. Düşmən hərbi birləşməsi ilə təkbaşına döyüşən Mübariz İbrahimov qəhrəmancasına şəhid olub.





