8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ziyarət olundu
Mart ayının 8-də YAP Biləsuvar rayon təşkilatı tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə qız övladı olan şəhidlərin ailələri ziyarət olunub. Ziyarətdə təşkilatın sədri Kamil Qurbanlı, əməkdaşları və müvafiq ərazilər üzrə ərazi partiya təşkilat sədrləri iştirak ediblər. Tədbir zamanı şəhid övladları və ailə üzvləri yaşadıqları mənzillərdə ziyarət olunub. Səmimi şəraitdə keçən görüş zamanı Partiya rəhbərliyi və rayon təşkilatı adından təbriklər çatdırılaraq hədiyyələr təqdim olunub. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər. Onlara bildirilib ki, hər bir şəhid övladı dövlətimizin, xalqımızın əmanətidir. Şəhid ailələrinə olan qayğı hər zaman Yeni Azərbaycan Partiyasının diqqətindədir. Bir daha bütün şəhid və qazi ailələri başda olmaqla Azərbaycanımızın bütün xanımlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik.