Geri qayıt Çap et

Baba Vəziroğlu ilə görüş keçirilib

Biləsuvarda Əməkdar incəsənət xadimi, şair, "Şöhrət" ordenli Baba Vəziroğlu ilə görüş olub.

"Bilesuvarinfo"nun
məlumatına görə, görüş Biləsuvar Gənclər evinin təşkilatçılığı ilə baş tutub.

Görüşdə rayon rəsmiləri, müəllimlər, gənclər iştirak edib.

Şairin həyat və yaradıcılığına həsr olunan görüşdə şairin sözlərinə yazılmış musiqilər oxunub.

Həmçinin bədii qiraətçilər və gənclər tərəfindən şairin şeirləri səsləndirilib.