Biləsuvar şəhərində fəaliyyətdə olan “Qadın dünyası” salonunun rəhbəri Gülnarə Əhmədova öz fəaliyyətinə görə mükafatlandırılıb.“Bilesuvarinfo” xəbər verir ki, G. Əhmədova "Gold faces of Azerbaijan" 2022 mükafatına layiq görülüb. O, il ərzində media və sosial şəbəkələrdə aparılan müşahidələrə əsasən , " Gold faces of Azerbaijan mükafatına layiq görülüb . “Avand Productionun” təşkilatçılığı ilə mükafatın təqdimetmə mərasimi bu günlərdə Bakı şəhərində, “Hilton” hoteldə keçirilib. Onunla yanaşı, öz sahələrdə fərqlənən digər şəxslərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, sözügedən mükafat il ərzində sayılıb seçilən incəsənət xadimləri, iş adamları, media, tibb, moda, idman, ictimai xadim, elm adamları və müxtəlif sahələrdə uğur qazanmış şirkətlərə təqdim olunur.


