Biləsuvar rayonunda veteran mədəniyyət işçiləri ilə görüş olub.
Əlli nəfərdən çox təqaüddə olan veteran mədəniyyət işçisinin bir araya gəldiyi görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Biləsuvar Regional Mədəniyyət idarəsinin rəisi Əlisultan Sadıxov, rayon hüquq - mühafizə orqanlarının rəhbərləri və ziyalılar iştirak edib.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət idarəsinin rəisi Əlisultan Sadıxov çıxışında mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından söz açıb. Onu da bildirmişdir ki, bu kimi tədbirlər davamlı keçirilir. Əsas məqsədlərimizdən biri bu sahənin inkişafında zəhməti olan insanları hər vaxt diqqətdə saxlamaqdır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Qürbətov mədəniyyət işçilərinə xoş arzularını çatdırdı. Keçirilən musiqi festivalında fərqlənən gənc xanəndələrə fəxri fərmanları təqdim etdi.
Musiqili əyləncəli tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin nəzdində olan Biləsuvar, Salyan və Neftçala rayon Mədəniyyət mərkəzlərinin bədii özfəaliyyət dərnəklərinin musiqili kollektivi rəngarən musiqi nömrələri ilə çıxış edib.
Görüşdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadixovun təşəbbüsü ilə "Nəsillərin görüşü" adlı tədbirlərin artıq ənənə halını aldığı bildirildi. Növbəti görüş Biləsuvarın




