Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində Aqrar Subsidiya Şurasının 2027-ci il üçün yeni qərarı, subsidiya əmsallarına edilmiş dəyişikliklər, hüquqmüəyyənedici sənədlərin EKTİS-ə (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) işlənmə qaydaları ilə bağlı təlimlər keçrilmişdir. Təlimdə RİH Başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, EKTİS üzrə kəndlərdə fəaliyyət göstərən nümayəndələr, DAİM və yerli qurum əməkdaşları iştirak etmişlər.Təlim ayrı-ayrı vaxtlarda 3 qrup üzrə aparılmışdır.
Aqrar Subsidiya Şurasının 2027-ci il üçün yeni qərarı ilə bağlı təlim iştirakçılarına yeniliklərlə bağlı aşağıda qeyd olunan məlumatlar çatdırıldı.
- Müasir suvarmadan istifadə edən fermerlərə daha yüksək subsidiya veriləcək
- Dağlıq rayonlara dövlət dəstəyi gücləndirilir
- Lazer hamarlama texnologiyasının tətbiqinə yeni subsidiya veriləcək
- İstixanalar üzrə yeni əkin subsidiyaları tətbiq olunacaq
- Yeni ixracyönümlü bitkilərin becərilməsi dəstəklənəcək
- Bağçılıq subsidiyalarının şərtləri sadələşdirilir
- Pambıqda damcı suvarma tətbiqinə əlavə dəstək veriləcək
- Emala təhvil verilən məhsullar üzrə subsidiyaların əhatəsi genişləndirilir
- Sertifikatlı toxumun istehsalına dəstək genişləndirilir
- Aqrar sahədə beynəlxalq sertifikatların alınmasına dövlət dəstəyi veriləcək
- Fermerlər əkin subsidiyasının 30 faizini avans şəklində ala biləcəklər
- Əkin və bağçılıq subsidiyası üzrə sığorta tələbləri yenilənib
- Texnika, suvarma və yaşıl enerjiyə güzəştlər artırılır
- Sərhədboyu əkinçiliyə əlavə dəstək veriləcək
- Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq
- Emal müəssisələrinə təhvil verilən südə subsidiya veriləcək
- “Qarabağ” və “dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək
- İntensiv iribuynuzlu heyvandarlığın təşviqi üçün yeni dəstək mexanizmi tətbiq olunacaq.
Hüquqmüəyyənedici sənədlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) işlənməsi qaydaları ilə bağlı əməkdaşların bilik və bacarıqlarının artırılması təlimin əsas məqsədlərindən biri olmuşdur. Təlim zamanı hüquqmüəyyənedici sənədlərin EKTİS-ə düzgün və operativ şəkildə daxil edilməsi, məlumatların dəqiqliyinin təmin olunması, sənədlərin sistemdə işlənməsi zamanı diqqət yetirilməli əsas məqamlar barədə ətraflı məlumat verilmişdir.
İştirakçılara praktiki nümunələr əsasında izahlar təqdim olunmuş, qarşıya çıxan suallar cavablandırılmışdır.Keçirilən təlimlər EKTİS-də məlumatların keyfiyyətli və düzgün idarə olunmasına, göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına və aqrar sahədə rəqəmsal idarəetmənin daha da təkmilləşdirilməsinə xidməti təmin edəcəkdir.
Yekunda iştirakçıların problem və təkliflər dinlənilmişdir. Təkliflərə əsasən iştirakçılar və fermerlərlə əlaqələrin operativliyini və səmərəliliyini artırmaq məqsədi ilə WhatsApp qrupu yaradılmışdır.

