
Torpaq xüsusi mülkiyyətə verildikdən sonra, Biləsuvarın Günəşli kəndində mülkiyyətçilər tərəvəzçiliyə xüsusi maraq göstərir. Pomidor əkinində zəngin təcrübəyə malik kəndlilər bu sahəni gəlirli hesab edir. Cari ildə də təsərrüfat sahiblərinin açıq havada apardıqları nümunəvi becərmə işləri tarlalarda bol məhsulun yetişməsinə səbəb olub.
“Bilesuvarinfo” ya danışan kənd sakini, fermer İsmayıl Novruzov bildirmişdir ki, müxtəlif əkinlər əkirik. Bu il pomidor əkininə geniş yer ayırmışam. İqlimlə əlqədar beçərmədə müəyyən çətinliklər olsa da, məhsulumuz boldur, Allah bərəkət verib: “Məhsulumuzu bazarlara çıxardıb satırıq, qonşu rayonlardan da gəlib alırlar.”
İ. Novruzov onu da qeyd etmişdir ki, imkan olsa gələcəkdə əkin sahəmi də artıraram. Suvarmada yaranan çətinliklər olmasa, biz ölkəmizçün daha bol məhsul yetişdirə bilərik