Geri qayıt Çap et

Bir futbolçu yetişir...

...Adı Sinan, soyadə Abbaslıdır. Zəhmətabad kənd məktəbinin 7 - ci sinfində oxuyur, əlaçısı şagirddir.

Peşəkər futbolçu olmaq arzusunda olan Sinan hazırda  Biləsuvar Rayon Uşaq Gənclər məktəbinin futbol bölməsinin üzvüdür, yarımmüdafiəçidir.

Onun gözəl oyunu futbol müəllimi Yusif Mehdiyevin çox xoşuna gəlir. Deyir ki, bu uşaq gələcəkdə mahir futbolçu olacaq: “Yaxın günlərdə Cəlilabadda həmyaşıdları ilə görüşdə Sinan çox gözəl təsir bağışladı. Biz ona böyük ümidlər bəsləyirik. Gələcəkdə “Biləsuvar” FK şərəfini qoruyacaq.

Gənc futbolçuya uğurlar uğurlar arzulayırıq!.

A. Tomaroğlu