Geri qayıt Çap et

Həmyerlimiz Bodybuilding üzrə Avropa çempionu olub - FOTO

İspaniyanın Barselona şəhərində keçirilən Bodybuilding üzrə Avropa çempionatında iştirak edən idmançımız Fariz Nəcəfov öz kateqoriyasında 19 iştirakçı arasında I yerə layiq görülərək Avropa çempionu tituluna layiq görülüb. 

Bu barədə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.

Həmçinin bu qələbənin ardınca isə Çempionların çempionu tituluna yiyələnərək ölkəmizə 2 qızıl medal və 2 kubok ilə qayıdıb.

Qeyd edək ki, F. Nəcəfov 1998-ci ildə Biləsuvar şəhərində doğulub.