Geri qayıt Çap et

Rabitə xətti yenə qırıldı, gecənin qaranlığında bərpa etməli oldular

Biləsuvar şəhərində kanalizasiya çəkilişi işləri ilə zamanı rabitə xəttində qırılma olub.

“Bilesuvarinfo” xəbər verir ki, bu dəfə, Bləsuvar Rayon Mərkəzi Xəstəxananın və  yaxınlığında yerləşən mənzillərin rabitə təminatını həyata keçirən xətt ciddi zədə almışdır.

Axşam saatlarında hadisə yerində cəlb olunan təmir – bərpa briqadasının gərgin səylərindən sonra xəstəxana və mənzillərin rabitə təminatı yenidən mümkün olub. 

Qeyd edək ki, şəhər ərazisində yeraltı rabitə xəttlərinin yerinin tam bilinməməsi  səbəbindən bu kimi hallar tez-tez baş verir.