Geri qayıt Çap et

Biləsuvarda ağır qəza: həkim və həyat yoldaşı yaralandı


Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”
xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini, 1953-cü il təvəllüdlü Şirin Şirininovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan həyat yoldaşı, Beyləqan rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədova Sücaət Qardaşxan qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılara Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında zəruri tibbi yardım göstərildikdən sonra onlar müalicələrinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıblar.

Qeyd edək ki, Sücaət Məmmədova Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-infeksionist vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.