Geri qayıt Çap et

Cəlilabadda baş verən zəlzələ Biləsuvarda da hiss olunub

Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

"Bilesuvarinfo"
verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib.

Məlumata görə, oktyabrın 15-də yerli vaxtla saat 19:03-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub.

Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, zəlzələ Biləsuvarda da hiss olunub.